Gimnastımız finalda - Dünya Kuboku

Gimnastımız finalda - Dünya Kuboku
XƏBƏR 12 Fevral 2022 / 17:16 1389
-  A +

Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda finala yüksəlib.

Qol.az xəbər verir ki, 19 yaşlı idmançı təsnifat mərhələsində ilk cəhddə 52.720 xala layiq görülüb. Mahsudova ikinci cəhdində 53,100 xal qazanıb. Bu nəticə ilə gimnastımız qrup lideri kimi finala yüksəlib.

Qeyd edək ki, Dünya Kubokunda final mərhələsi fevralın 13-də olacaq.


Son xəbərlər
topaz banner