"Barselona"nın hücumçusu məşqə qatılmadı

"Barselona"nın hücumçusu məşqə qatılmadı
XƏBƏR 12 Fevral 2022 / 15:50 3911
-  A +

“Barselona”nın futbolçusu Adama Traore komandanın son məşqinə gəlməyib.

Qol.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Bildirilib ki,  26 yaşlı hücumçu mədəsindəki narahatlığa görə məşqdə iştirak etməyib. Traorenin komandanın növbəti matçında - “Espanyol”la görüşdə oynayıb-oynamayacağı da sual altındadır.

Qeyd edək ki, Fevralın 13-də keçiriləcək “Espanyol” – “Barselona” matçı saat 00:00-da başlayacaq.

Xatırladaq ki, “Barselona” Traoreni qış transfer pəncərəsində İngiltərənin “Vulverhempton”dan icarəyə götürüb.


Son xəbərlər
topaz banner