Ronaldo heç kimə aman vermir

Ronaldo heç kimə aman vermir
XƏBƏR 12 Fevral 2022 / 13:24 4902
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə ən çox oyun keçirən futbolçuların siyahısını hazırlayıb. 

Qol.az qurumun saytına istinadən xəbər verir ki, cədvəldə 11 oyunçu yer alıb. 1-ci yerdə Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldodur. O, ümumilikdə 1104 matça çıxıb. Braziliya millisinin və "Barselona"nın oyunçusu Dani Alveş 2-ci, İspaniya millisinin və "Real"ın keçmiş futbolçusu İker Kasilyas isə 3-cüdür. 

1. Kriştiano Ronaldo - 1104
2.    Dani Alves  - 1000
3. İker Kasilyas  - 974
4.    Lionel Messi  - 955
5.    Zlatan İbrahimoviç - 939
6.    Xavi  - 937
7.    Joao Moutinyo  - 922
8.    Yasuhito Endo - 909
9-10.    Andres İnyesta  - 906
9-10. Serxio Ramos  - 906
11. Rojerio Seni - 904


Son xəbərlər
topaz banner