Mbappe Messinin rekordunu təkrarladı

Mbappe Messinin rekordunu təkrarladı
XƏBƏR 12 Fevral 2022 / 11:54 2445
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe komanda yoldaşı Lionel Messinin rekordunu təkrarlayıb.

Qol.az xəbər verir ki, bu barədə "Be Foot" nəşri məlumat yayıb. Hücumçu Liqa 1-in 24-cü turunda "Renn" ilə görüşdə fərqlənib. 

Beləliklə, Paris təmsilçisinə qələbə qazandıran fransalı forvard yerli çempionatda 119-cu qoluna imza atıb. Beləliklə, Mbappe 24 yaşadək Avropanın top-5 liqasında 21-ci əsrdə ən çox qol vuran iki oyunçudan biri olub.

Qeyd edək ki, dekabrın 20-də Kilian Mbappenin 24 yaşı tamam olacaq. Hücumçunun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.


Son xəbərlər
topaz banner