Mahir sabah oynayacaq? - Kopiçdən açıqlama

Mahir sabah oynayacaq? - Kopiçdən açıqlama
XƏBƏR 11 Fevral 2022 / 18:53 7984
-  A +

Zaqreb "Dinamo"sunun baş məşqçisi Zelko Kopiç Xorvatiya çempionatının 23-cü turunda keçiriləcək "Qoritsa" ilə matç öncəsi yeni transfer Mahir Emreli haqda danışıb.

Qol.az "Večernji List"ə istinadən xəbər verir ki, o, millimizin üzvünün sözügedən görüşdə debüt edib-etməyəcəyi ilə bağlı deyib: “Emreli komanda ilə məşq edir və bugünkü məşqdən sonra sabahkı görüş üçün hər şeyin necə olacağını görəcəyik. Hücum xəttində əsasən yüksək keyfiyyətli oyunçularımız var”.

Qeyd edək ki, sabah keçiriləcək "Dinamo" - "Qoritsa" görüşü Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.


Son xəbərlər
topaz banner