Roy Kin bu klubla razılaşmadı

Roy Kin bu klubla razılaşmadı
XƏBƏR 10 Fevral 2022 / 19:55 2116
-  A +

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Sanderlend”i çalışdırmayacaq.

Qol.az "Mirror"a istinadən xəbər verir ki, irlandiyalı mütəxəssislə klub arasında şərtlərdə razılıq əldə olunmayıb.

Məşqçilik karyerasına “Sanderlend”də başlayan 50 yaşlı mütəxəssis 2006-08-ci illərdə bu komandanın baş məşqçisi olub.

Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə "Nottinqem Forest" klubunda köməkçi məşqçi kimi çalışıb.


Son xəbərlər
topaz banner