Vlahoviç karantin qaydalarını pozdu

Vlahoviç karantin qaydalarını pozdu
XƏBƏR 10 Fevral 2022 / 14:22 1502
-  A +

“Yuventus”un yeni transferi Duşan Vlahoviç klubla müqavilə imzalamaqla karantin qaydalarını pozub. 

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.  Belə ki, yanvarın 22-də koronavirus testi pozitiv çıxan serbiyalı hücumçu ayın 29-na qədər karantində qalmalı idi. Lakin o, ayın 28-də “Yuventus”la rəsmi müqavilə imzalayıb. Toskana Səhiyyə Xidməti Vlahoviçin məsələsinin araşdırılması üçün prokurorluğa müraciət edib.

Qeyd edək ki, Vlahoviç qış fasiləsində 75 milyon avro qarşılığında “Fiorentina”dan “Yuventus”a keçib.


Son xəbərlər
topaz banner