"Mançester Yunayted"in futbolçuları Poçettinonu istəyir

"Mançester Yunayted"in futbolçuları Poçettinonu istəyir
XƏBƏR 10 Fevral 2022 / 13:53 1746
-  A +

"Mançester Yunayted"in futbolçuları PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun "qırmızı şeytanlar"ı çalışdırmasını istəyir. 

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Komandanın bir çox oyunçusu Premyer Liqa təmsilçisinə Ralf Ranqnikin yox, məhz 49 yaşlı mütəxəssisin baş məşqçilik etməsini istəyir. 

Xəbərdə o da qeyd olunur ki, "Mançester Yunayted" rəhbərliyi də Ranqniki klubda saxlamaq niyyətində deyil. Lakin İngiltərə mediasında yer alan digər məlumatlara görə, Ralf "Mançester Yunayted"də menecer kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, R.Ranqnik ötən ildən "Mançester Yunayted"i çalışdırır. 


Son xəbərlər
topaz banner