"Milan"da 5 illik müqavilə

"Milan"da 5 illik müqavilə
XƏBƏR 9 Fevral 2022 / 11:40 935
-  A +

"Milan" futbolçusu Teo Hernandeslə müqaviləsini yeniləməyə hazırlaşır. 

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər yaxında sözləşməni 2026-cı ilin yayınadək uzadacaqlar. Yeni müqaviləyə əsasən, 24 yaşlı müdafiəçi illik 4,5 milyon avro maaş alacaq. Bu, əvvəlki sözləşmə ilə müqayisədə 3 dəfə çox məbləğdir. Oyunçunun hazırkı müqaviləsi isə 2024-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Teo bu mövsüm 20 matçda 4 qol vurub və 5 qolun ötürməsini verib. 


Son xəbərlər
topaz banner