UEFA Putinə görə intizam işi açdı

UEFA Putinə görə intizam işi açdı
XƏBƏR 9 Fevral 2022 / 08:22 3238
-  A +

UEFA futzal üzrə Avropa çempionatının Rusiya - Ukrayna yarımfinal matçında baş verənlərlə bağlı intizam işi açıb.

Qol.az xəbər verir ki, Rusiya Futnol İttifaqının müraciəti əsasında şikayət araşdırılır. Məlumata görə, fevralın 4-də keçirilən və rusların 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda bir qrup ukraynalı azarkeş Rusiya Prezidenti Vladimir Putin və rus xalqının ünvanına nalayiq ifadələr səsləndirib.

UEFA məsələ ilə əlaqədar etika məsələləri üzrə inspektor təyin edib. Bildirilib ki, matçın gedişatı zamanı baş verən bir neçə epizod araşdırılacaq.


Son xəbərlər
topaz banner