Medinadan "Neftçi" haqda atmacalı paylaşım

Medinadan "Neftçi" haqda atmacalı paylaşım
XƏBƏR 8 Fevral 2022 / 13:49 3857
-  A +

“Qarabağ”ın müdafiəçisi Kevin Medina Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı sosial şəbəkədə paylaşım edib.

Qol.az xəbər verir ki, kolumbiyalı futbolçu özünün "İnstaqram" səhifəsində "Neftçi"yə söz ataraq yazıb: "Bu stadionda qalib gəlməyi sevirəm. Yeni qələbələr ardınca gedək".

Xatırladaq ki, dünənki "Neftçi" - "Qarabağ" matçı "ağ-qaralar"ın ev meydanı olan "Bakcell Arena"da keçirilib.

 


Son xəbərlər
topaz banner