Corcinadan Ronaldoya 200 minlik hədiyyə - Şəkil

Corcinadan Ronaldoya 200 minlik hədiyyə - Şəkil
XƏBƏR 7 Fevral 2022 / 15:22 7939
-  A +

Corcina Rodriges sevgilisi - "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldoya ad günündə avtomobil hədiyyə edib.

Qol.az xəbər verir ki, bu barədə Corcina instaqram hesabında paylaşım edib.

"37 yaşın mübarək, həyatımın sevgisi. Səni sonsuz sevirik. Sən Allahın bizə verə biləcəyi ən yaxşı ata və həyat yoldaşısan. Başına gələn ən gözəl şeylərə layiq olan əsl döyüşçü. Sən mükəmməl və ilham qaynağısan" - deyə, o, yazıb.

"Cadillac Escalad" markalı avtomobilin qiyməti 200 min dollardan çoxdur.

Qeyd edək ki, cütlüyün Alana Martina adlı 4 yaşlı qızı var. Ronaldonun 11 yaşlı Kriştiano adlı oğlu, Yeva və Mateo adlı əkizləri surroqat anadan dünyaya gəlib. Hazırda ikili biri qız, digəri oğlan olmaqla əkiz övladlarının dünyaya gəlməsini gözləyir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner