Xavi fitə basılan Dembeleni müdafiə etdi

Xavi fitə basılan Dembeleni müdafiə etdi
XƏBƏR 7 Fevral 2022 / 13:18 2621
-  A +

“Azarkeşlərin oyun boyu dəstəyi əla idi. Amma istərdim ki, onlar Dembeleyə də dəstək versinlər”.

Qol.ax xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Xavi Hernandez La Liqanın son turunda “Atletiko”ya qalib gəldikləri oyundan (4:2) sonra mətbuat konfransında deyib.

Ehtiyat oyunçular skamyasında yer alan Usman Dembelenin azarkeşlər tərəfindən fitə basılmağına münasibət bildirən çalışdırıcı bu cür halların əleyhinə olduğunu qeyd edib: “Mən onlardan xahiş edərdim ki, ona fit çalmağı dayandırsınlar. Onun oynamaması texniki qərar idi. Əslində Dembeleni oynatmaq istəyirdim, amma qırmızı vərəqə və oyunun gedişatına görə başqa qərar verdim”.


Xatırladaq ki, “Barselona”nın bir müddətdir yeni müqavilə ilə bağlı razılığa gələ bilmədiyi Dembelenin komandadan ayrılacağı gözlənilirdi. “Atletiko” ilə görüşdə stadionun diktoru Dembelenin adını hər dəfə çəkəndə azarkeşlər onu fitə basıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner