Beyl Ançelottiyə gülüşü ilə etiraz etdi

Beyl Ançelottiyə gülüşü ilə etiraz etdi
XƏBƏR 5 Fevral 2022 / 12:27 2735
-  A +

“Real”ın futbolçusu Qaret Beyl İspaniya kubokunun 1/4 finalında "Atletik"lə görüşdən sonra gündəmə gəlib.

Qol.az xəbər verir ki, qarşılaşmanın gedişində baş məşqçi Karlo Ançelotti digər hücumçu Eden Azara isinmə hərəkətləri etməsini tapşırıb. Belçikalı bir müddət kənarda məşq etsə də, çalışdırıcı sonda ona ehtiyac duymayıb və kənarda oturmasını istəyib. Beyl isə Ançelottinin bu qərarına yüksək səslə gülməklə cavab verib.  33 yaşlı hücumçunun hərəkəti komanda daxilində və azarkeşlər arasında narazılıq doğurub.

Qeyd edək ki, sözügedən görüş "Real"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner