"Benfika"dan "Beşiktaş"a

"Benfika"dan "Beşiktaş"a
XƏBƏR 3 Fevral 2022 / 20:29 3028
-  A +

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Gedson Fernandesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə  4+1 illik müqavilə imzalanıb. "Qara qartallar" Fernandes üçün Portuqaliya klubuna 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Gedson Fernandes 2021/2022-ci il mövsümünün ikinci yarısını icarə əsasında Türkiyənin "Rizəspor" klubunda keçirəcək.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner