Emreli yenidən Avroliqada

Emreli yenidən Avroliqada
XƏBƏR 3 Fevral 2022 / 14:50 6091
-  A +

Millimizin hücumçusu Mahir Emreli Avropa Liqasının 1/16 finalında oynaya bilər.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçumuzun dünən müqavilə imzaladığı Zaqrebin “Dinamo” klubu yarışın bu mərhələsində iştirak etmək hüququ qazanıb. Xorvatiya təmsilçisi qrup mərhələsini 2-ci yerdə (1-ci yer “Vest Hem”, İngiltərə) başa vuraraq “pley-off”a yüksəlib.

"Pley-off"da zaqreblilərin rəqibi isə Çempionlar Liqasında qrup üçüncüsü olmuş İspaniyanın “Sevilya” komandası olacaq. Bu komandaların ilk görüşü fevralın 17-si İspaniyada, cavab matçı fevralın 24-ü Xorvatiyada olacaq. 

Əlavə edək ki, M.Emreli artıq bu mövsüm sabiq komandası “Legiya” Varşavanın heyətində Avropa Liqasının qrupunda oynayıb. Bütün 6 görüşdə meydana çıxan futbolçumuz “Lester” (İngiltərə) və “Napoli”yə (İtaliya) qol da vurub. Polşa təmsilçisi isə qrupu sonuncu yerdə tamamlayıb.

M.Emrelinin artıq "Dinamo"nun oyunçusu kimi UEFA-ya sifariş olunduğu bildirilir.

 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner