Xorvatiya mətbuatı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin Zaqreb “Dinamo”suna keçidinə geniş yer ayırıb.
24 yaşlı futbolçumuz “Legiya”ya (Polşa) müqavilənin qarşılıqlı razılıqla pozaraq dünən “Dinamo” ilə 4,5 illik müqaviləyə imza atıb.
Qol.az xəbər verir ki, “Sportske Novosti” nəşri Mahirin transferini “Dinamo” yeni güclü hücumçu alır” başlığı ilə yayımlayıb. Yazıda Mahirin xorvat klubu ilə bağlı fikirlərinə, onun karyerasına, şəxsi həyatına geniş yer verilib. Həmçinin Emrelinin 2017-ci ildə xorvat məşqçi Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisində debüt etdiyi xatırladılıb. Daha sonra onun digər xorvat mütəxəssis Nikola Yurçeviçin rəhbərliyi altında da millidə çıxış etdiyi bildirilib.
“Mahir “Legiya”da az müddətdə oynasa da, bu klubun tarixində iz qoydu. Bu komandada oynadığı bütün turnirlərdə (Polşa liqası, kuboku, Polşa superkuboku, Avropa Liqası və Çempionlar Liqası) özünü yaxşı tərəfdən göstərdi. Bütün bunlara o, 2021-ci ilin iyul-sentyabr aylarında nail oldu” – deyə yazıda qeyd edilir.
sportske.jutarnji.hr saytında dərc olunan yazıya isə “Dinamo”ya əla hücumçu gəlir. O, “Lester” və “Napoli”yə qol vurub” başlığı verilib.
Saytdakı digər yazıda “Dinamo”nin sabiq oyunçusu Mario Tokiçin fikirlərinə yer verilib. Qeyd edilib ki, bu transfer çox uğurludur. “Mahir Xorvatiya Liqasının ən yaxşı oyunçularından olacaq” – deyə yazıda bildirilib.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı