"Messi, Ronaldo və Levandovskinin uğurları bu dünyaya sığmır"

"Messi, Ronaldo və Levandovskinin uğurları bu dünyaya sığmır"
XƏBƏR 3 Fevral 2022 / 11:33 1936
-  A +

"Bavariya"nın futbolçusu Tomas Müller fərdi mükafatlara münasibətindən danışıb.

Qol.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yerli mətbuata açıqlamasında deyib:

"Messi və Ronaldonun son 15 ildə etdikləri və Levandovskinin son bir neçə mövsümdə bacardıqları bu dünyaya sığmır,  fantastikdir. Yenə də təbii ki, uğur qazanaraq onlarla yaxınlaşmağa çalışıram.  Məndə qarışıq hisslər var. Böyük fərdi mükafatlar qazanmaq istəyirsinizsə, hər şey uyğun olmalıdır. Bu mükafatlar həmişə futbolçunun xüsusi istedada malik parlaq oyunçu olduğunu bildirir. Həm də beynəlxalq bazarda tələbat olmalıdır. Alman futbolu hazırda zirvədə deyil. Çünki son vaxtlar Bundesliqada işlər yaxşı getmir. 2020-ci ildə Çempionlar Liqasındakı qələbəmiz isə istisnadır".


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner