Neymar qayıdır

Neymar qayıdır
XƏBƏR 3 Fevral 2022 / 10:51 1459
-  A +

PSJ-nin zədəli futbolçusu Neymar yaşıl meydanlara qayıtmağa yaxındır. 

Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 29 yaşlı hücumçu yenidən tibbi müayinədən keçib və durumunun yaxşı olduğu ortaya çıxıb. Ona görə də braziliyalı oyunçu artıq fərdi məşqlərə başlayıb. PSJ-nin məşqçilər korpusu inanır ki, Neymar Çempionlar Liqasının 1/8 finalında "Real" ilə görüşdə meydanda olacaq.

Qeyd edək ki, PSJ "Real"la ilk oyununu fevralın 16-sı evdə, cavab görüşünü isə martın 10-u səfərdə keçirəcək. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner