Qrinvud sərbəst buraxıldı

Qrinvud sərbəst buraxıldı
XƏBƏR 2 Fevral 2022 / 18:55 2842
-  A +

“Mançester Yunayted” klubunun futbolçusu Meyson Qrinvud həbsxanadan çıxıb.

Qol.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qrinvudun növbəti istintaqadək girov müqabilində sərbəst buraxıldığı bildirilib.

Daha əvvəl bildirmişdik ki, Model Qarriet Robson sevgilisi, futbolçu Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı öz İnstaqram hesabında məlumat yayıb. Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib. Bundan sonra polis 21 yaşlı oyunçunu həbs edib. “Mançester Yunayted”də onu əsas komandadan kənarlaşdırıb. Həmçinin “Nike” firması da Qrinvudla əlaqəsini kəsib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner