Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarına yola düşüb.
Qol.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb. Azərbaycan nümayəndə heyəti 10 nəfərdən artıq tərkibə malikdir. Onların böyük bir qismi idmançılarımızın iştirakına hazırlıq işlərini təşkil etmək üçün Pekinə yola düşüblər.
Çinin paytaxtına yollanan heyətdə Azərbaycanın şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, Marketinq İdarəsinin müdiri Mehman Kərimov, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov yer alıb. Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcəklər.
Millimizin bayraqdarı Vladimir Litvinsev fevralın 8-də və 10-da yarışacaq. Ayın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Onun çıxışı 15 və 17 fevral tarixində baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Rusiyanın Moskva şəhərindən yola düşəcəklər.
Qeyd edək ki, Azərbaycan fevralın 4-20-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı