Vüqar Həşimov mükafatının sahibi bəlli oldu

Vüqar Həşimov mükafatının sahibi bəlli oldu
XƏBƏR 31 Yanvar 2022 / 13:36 1466
-  A +

"Tata Steel Chess" turnirində Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibi məlum olub.

Qol.az xəbər verir ki, Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameshbabu Praggnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Ervin Lami Vüqar Həşimov adına mükafata ikinci dəfə layiq görülüb.

Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir. Şəhriyar Məmmədyarov "Tata Steel Chess"i 8 xalla ikinci pillədə başa vurub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner