Vlahoviç Ronaldonun nömrəsini seçdi

Vlahoviç Ronaldonun nömrəsini seçdi
XƏBƏR 29 Yanvar 2022 / 12:50 2496
-  A +

“Yuventus”un yeni transferi Duşan Vlahoviçin forma nömrəsi məlum olub.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı hücumçu Turin təmsilçisində 7 nömrəli formanı geyinəcək.

“Yuventus”un Vlahoviçdən əvvəl “7 nömrə”si komandanın keçmiş hücumçusu Kriştiano Ronaldo idi.

Qeyd edək ki, “Yuventus” 21 yaşlı futbolçunu 75 milyon avro qarşılığında “Fiorentina”dan transfer edib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner