"Fənərbaxça"da ciddi itkilər

"Fənərbaxça"da ciddi itkilər
XƏBƏR 23 Yanvar 2022 / 14:22 1415
-  A +

"Fənərbaxça"nın futbolçuları Filip Novak və Sərdar Əziz zədələnib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki müdafiəçi Superliqanın son turunda "Sivasspor"la keçirilən oyunda (1:1) xəsarət alıb.

Sol budunun yuxarı hissəsində vətər yırtığı aşkarlanan Novakın 3-4 həftə yaşlı meydanlardan uzaq qalacağı bildirilib. Sol qasıq nahiyəsində gərginlik olan Əziz isə 2 həftəyə qədər meydana çıxa bilməyəcək.


Son xəbərlər
topaz banner