"Atletiko"dan ayrılıb, bu kluba keçdi

"Atletiko"dan ayrılıb, bu kluba keçdi
XƏBƏR 23 Yanvar 2022 / 13:39 2809
-  A +

“Atletiko” futbolçusu İvan Şaponyiçlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını Slovakiyada davam etdirəcək.

O, “Slovan” klubuna keçib. Bu barədə Bratislava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şaponyiç yeni klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 2019-cu ilin yayından “Atletiko”da çıxış edən serbiyalı hücumçu Madrid təmsilçisində cəmi 5 oyuna çıxıb.


Son xəbərlər
topaz banner