Eriksenin yeni klubu bilindi

Eriksenin yeni klubu bilindi
XƏBƏR 23 Yanvar 2022 / 13:01 5279
-  A +

"İnter"in sabiq futbolçusu Kristian Eriksen yenidən İngiltərədə çıxış edəcək.

Qol.az "Mirror"a istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçi "Brenford"la razılaşıb. Premyer Liqa təmsilçisinin tezliklə Eriksenlə müqavilə imzalayacağı bildirilib.

Xatırladaq ki, Eriksenin ötən il iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb.  Onun son klubu "İnter" olub və ötən ay A seriyası təmsilçisindən ayrıldığını açıqlayıb.


Son xəbərlər
topaz banner