Qvardiola Mourinyonun rekordunu qırdı

Qvardiola Mourinyonun rekordunu qırdı
XƏBƏR 23 Yanvar 2022 / 11:38 2270
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin rekordu çempionatın son turunda "Southempton"la görüşdə (1:1) qeydə alınıb.

Bu heç-heçədən sonra "şəhərlilər" Qvardiolanın rəhbərliyi altında Premyer Liqada 500-cü xalını qazanıb. Qvardiola 500 xala ən tez çatan baş məşqçi kimi Premyer Liqanın tarixinə düşüb. O, buna 213-cü matçda nail olub.

Əvvəlki rekord isə Joze Mourinyoya məxsus idi. İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırmış Mourinyo 231 matçda 500 xal yığıb.  


Son xəbərlər
topaz banner