"Messi mənə eşşək dedi"

"Messi mənə eşşək dedi"
XƏBƏR 22 Yanvar 2022 / 15:20 6107
-  A +

"Liverpul"un və İngiltərə millisinin sabiq futbolçusu Ceym Karraqer PSJ-nin oyunçusu Lionel Messinin ona yazdığı mesaj barədə danışıb. 

Qol.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, Karraqer 34 yaşlı hücumçunun onu eşşək adlandırdığını bildirib: 

"Messi məndən razı deyil. Mövsümün əvvəlində demişdim ki, Kriştiano Ronaldonu transfer etməyin “Mançester Yunayted” üçün əla seçim olduğunu düşünmürəm. Mən Messini misal çəkdim. Çünki o da PSJ üçün yaxşı bir transfer deyil. Bu açıqlamanı verdikdən sonra İnstaqramda şəxsi mesaj aldım. Messi özü mənə yazdı. Şəxsi mesajlarımı göstərməyəcəyəm, Amma o, məni sadəcə eşşək adlandırdı". 


Son xəbərlər
topaz banner