"Onun barəsində xüsusi heç nə deyə bilmərəm".
Qol.az "Report"a istinadın xəbər verir ki, bunu Polşanın "Legiya" klubunun baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında "Legia.net" saytına müsahibəsində deyib.
O, 24 yaşlı hücumçu ilə bir dəfə danışdığını bildirib: "Bu, o demək deyildi ki, Mahir yanvarda qayıtmayacaq. Dedi ki, özünü klubda və komandada pis hiss edir. Bu qərarına təəccübləndim. Barəsində çox müsbət fikirdə idim, tərifləyirdim. Amma anlayıram ki, hər bir situasiyadan öz məqsədləri üçün yararlanmaq istəyən insanlar var. Bu söhbətlə də vasitəçiliyim başa çatdı".
Vukoviç "Legiya" azarkeşlərinin hücumu zamanı Emreli ilə birgə döyülən komandanın digər hücumçusu Lukinyasa jest kimi kapitanlıq verdiyini diqqətə çatdırıb. Amma o, braziliyalı forvardı dilə tutmadığını vurğulayıb: "Onu çağırmadım və dilə tutmadım, necə reaksiya verdiyinə baxdım. Qərarım barədə məlumat verdim. Motivini bilərəm, tam dərindən düşündüm. Bu jestlə hansı dəyərlərə hörmət etdiyimizi, hansı insanlar barədə danışmaq istədiyimizi və hansılar barədə susmağın ən yaxşısı olduğunu göstərmək istədim. Lukinyas vacib oyunçu olub və belə də qalmaqdadır. O, hər zaman meydanda ürəyini qoyub, maksimumunu oynayıb, komandada və meydanda sadiqlik nümunəsi olub. İndi isə meydandan kənarda da bunu göstərdi. Bu oğlan bir çox anlamda nümunəvi legionerdir. Hadisədən tam başqa cür də istifadə edə, vəziyyətdən yararlanmağa cəhd göstərə bilərdi. Əminəm ki, onu hərtərəfli dilə tutublar, çünki özü üçün xeyir böyük idi. Amma özü başqa cür hərəkət etdi. Bu, mənim dəyər verdiyim şəxsdir və komanda da bunu gözəl anlayır".
Baş məşqçi Lukinyasın bu qərara təəccübləndiyini sözlərinə əlavə edib: "Dedi ki, ya səhv başa düşüb, ya da tərcümə yanlışdır. Komandada Boruts və Yendjeyçik kimi nüfuzlu oyunçuların olduğu halda, o, belə bir funksiya barədə heç vaxt düşünmürdü. Cavab verdim ki, ona da hörmətlə yanaşırlar, biz komanda yaratmaq istəyirik. Sarğı isə onun komanda və kluba loyallığının qiymətləndirmə formasıdır. Komandanın liderləri dəyişmirlər. İstəyirik ki, komanda və klub olaraq, bunun loyallığını qəbul edək. Emreli və Lukinyasa zəng etməməyi düşündük. Gözlədim və baxdım ki, onlar necə hərəkət edəcəklər. Bu gün nəticələri görürük".
Vukoviç iki hücumçu arasında müqayisə də aparıb: "Məsələ təkcə Lukinyasın polyak dilini bilməməyində deyil. Bu gün biz müxtəlif nağıllar söyləyə bilər. Amma hər kəsin kimin kim olduğuna dair mülahizə yürütdüyü bir məsələ var. Lukinyas və Emrelinin nümunəsində bunu yoxlamaq olar. Biz Lukinyasın polyakca bilmədiyi halda nə etdiyini daha çox qiymətləndiririk. Bu, komanda üçün yaxşı ruh deməkdir. Onun futbol savadı əla səviyyədədir. Bir parol və ya video-brifinq kifayətdir ki, nə tələb etdiyimi anlasın. Bu, söz yox, əməldir. O, bizim tələbatlı oyunçularımızdandır. Qərarı qəbul edəndə bütün komanda ilə məsləhətləşdim, səbəbini, öz motivasiyamı izah etdim. Anlayışla qarşıladılar"
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı