Millimizin UEFA Millətlər Liqasındakı potensial rəqibi olan Moldova yığması yoldaşlıq oyunu keçirib.
Qol.az xəbər verir ki, Sergey Kleşenkonun baş məşqçi olduğu komanda Uqanda ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
Moldova millisinin şərəfini qoruyan "Keşlə"nin qapıçısı Stanislav Namaşko bu oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.
Qeyd edək ki, Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi