Umititi zədələndi

Umititi zədələndi
XƏBƏR 18 Yanvar 2022 / 13:06 807
-  A +

“Barselona”nın futbolçusu Samuel Umtiti zədələnib.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransa millisinin üzvü dünənki məşq zamanı ayağından xəsarət alıb. Müayinə zamanı 29 yaşlı futbolçunun sağ ayaq sümüyünün sındığı müəyyənləşib. Umtiti bu gün həkim Antoni Dalmau və klubun tibbi personalının nəzarəti altında əməliyyat olunacaq. Onun yaşıl meydanlara dönmə tarixi əməliyyatdan sonra bəlli olacaq.

Qeyd edək ki, Samuel Umtiti bu yaxınlarda “Barselona” ilə müqavilə müddətini 2026-cı ilin yayına qədər uzadıb.


Son xəbərlər
topaz banner