Ronaldo və Mbappe neçənci oldu?

Ronaldo və Mbappe neçənci oldu?
XƏBƏR 18 Yanvar 2022 / 10:04 3426
-  A +

FIFA 2021-ci ilin ən yaxşı oyunçusuna verdiyi "The Best" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

Qol.az xəbər verir ki, milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin media nümayəndələri ilə azarkeşlərin iştirak etdiyi sorğuda ümumilikdə 11 futbolçu xal qazana bilib.

"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski 48 xalla qalib olub. PSJ-də çıxış edən argentinalı Lionel Messi 44 xalla ikinci, "Liverpul"un misirli oyunçusu Məhəmməd Salah 39 xalla üçüncü yeri tutub.

1. Robert Levandovski ("Bavariya"/ Polşa) - 48 xal

2. Lionel Messi (PSJ/ Argentina) - 44

3. Məhəmməd Salah ("Liverpul"/ Misir) - 39

4. Kərim Benzema ("Real Madrid"/ Fransa) - 30

5-6. N`Qolo Kante ("Çelsi"/ Fransa) - 24

5-6. Jorjinyo ("Çelsi"/ Braziliya) - 24

7. Kriştiano Ronaldo ("Mançester Yunayted"/ Portuqaliya) - 23

8. Kilian Mbappe (PSJ/ Fransa) - 16

9. Kevin De Brüyne ("Mançester Siti"/ Belçika) - 11

10. Neymar (PSJ/ Braziliya) - 10

11. Erlinq Haaland ("Borussiya" Dortmund/ Norveç)

Qeyd edək ki, Robert Levandovski ardıcıl ikinci dəfə "The Best" mükafatına sahib çıxıb.


Son xəbərlər
topaz banner