FİFA prezidenti Qətərə köçdü

FİFA prezidenti Qətərə köçdü
XƏBƏR 17 Yanvar 2022 / 17:24 2054
-  A +

FİFA-nın prezidenti Canni İnfantino Qətərə köçüb.

Qol.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri ailəsiylə birlikdə bu ölkənin paytaxtı Dohada yaşayacaq.

Bu barədə İsveçrə mətbuatı məlumat yayıb. İnfantinonun qızları Dohada məktəbə yazılıb.
 
Qeyd edək ki, İnfantino daha əvvəl İsveçrədə yaşayırdı. Onun Qətərə köçməsinin növbəti dünya çempionatının (DÇ-2022) bu ölkədə keçirilməsi ilə bağlı olduğu bildirilir.

Daha çox


Son xəbərlər