"Barselona"dan Dembeleyə xəbərdarlıq

"Barselona"dan Dembeleyə xəbərdarlıq
XƏBƏR 17 Yanvar 2022 / 16:22 2795
-  A +

"Barselona” futbolçusu Usman Dembeləyə şərt qoyub.

Qol.az "Footbal-espana"ya istinadən xəbər verir ki, Fransa millisinin üzvü klubla müqavilə imzalayıb-imzalamayacağı ilə bağlı qərarını iki gün ərzində açıqlamalıdır.

Futbolçu özü yeni müqaviləyə həvəsli deyil. Çünki mövsümün sonunda azad agent kimi komandasını dəyişmək niyyətindədir. Klub isə oyunçuya bildirib ki, qarşıdakı iki gün ərzində qərar verməyəcəyi halda transferə çıxarılacaq. 

Qeyd edək ki, Usman Dembele bu mövsüm La Liqada 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.


Son xəbərlər
topaz banner