"Milan" yeni transferə hazırlaşır

"Milan" yeni transferə hazırlaşır
XƏBƏR 17 Yanvar 2022 / 13:12 2900
-  A +

"Milan” heyətini yeni müdafiəçi ilə gücləndirəcək.

Qol.az “goal.com”a istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Bolonya”nın futbolçusu Artur Teate ilə maraqlanır.

“Milan” bu ay 21 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. “Rossonyerlər” yaxın zamanda Teate üçün “Bolonya”ya rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Belçika millisinin üzvü bu mövsüm A seriyasında 15 oyunda 2 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner