Cermeyn Defo klubsuz qaldı

Cermeyn Defo klubsuz qaldı
XƏBƏR 13 Yanvar 2022 / 22:36 3094
-  A +

İngiltərə millisinin sabiq üzvü Cermeyn Defo Şotlandiyanın “Reyncers” klubundan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Defonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 39 yaşlı hücumçu 2019-cu ilin yanvarından “Reyncers”də çıxış edirdi. O, daha əvvəl “Tottenhem”, “Sanderlend”, “Bornmut” kimi komandalarda da oynayıb.


Son xəbərlər
topaz banner