“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb.
Qol.az “The Guardian”a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis 29 yaşlı hücumçu ilə yeni sözləşməni yeniləyəcəkləri təqdirdə onun Premyer Liqada ən çox maaş alan futbolçu olacağını bildirib:
“Biz bilirik ki, Salah komandada qalmaq istəyir. Biz də belə olmasını istəyirik. Amma bu işlər vaxt aparır. Mən onu dəyişə bilmərəm. Amma məncə, hər şey qaydasındadır. "Liverpul"un sahibi ilə Salahın meneceri arasında yeni müqavilə ilə bağlı danışıqlar bu mövsümün startından əvvəl başlayıb. Yeni müqaviləyə əsasən, Salah İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçusu ola bilər.
Əminəm ki, azarkeşlər sizin media işçiləri kimi əsəbi deyillər. Ancaq narahat olmaq üçün heç bir şey yoxdur. Bu, normal bir prosesdir. Salahın növbəti mövsüm üçün də qüvvədə olan müqaviləsi var. Heç kim narahat olmasın. Salah dünya səviyyəli oyunçudur. O, Liverpul üçün çox yaxşı işlər görüb. Təbii ki, biz Salahı saxlamaq istəyirik. Gəlin görək nə baş verəcək”.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev