İlin ən çox qazanan idmançıları

İlin ən çox qazanan idmançıları
XƏBƏR 13 Yanvar 2022 / 11:47 2288
-  A +

Olbg.com saytı 2021-ci ildə ən çox qazanan idmançıların siyahısını tərtib edib. 

Qol.az xəbər verir ki, ilk “5-lik”də 1-ci yeri UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor tutub. O, döyüşdüyü hər dəqiqədə 8,6 milyon dollar qazanıb. İkinci pillədə super orta çəkidə boks üzrə mütləq çempion Saul Alvares qərarlaşıb – 444 min dollar. 3-cü yerdə dəqiqədə 37 min dollar əldə edən amerikalı futbolçu Tom Bredidir. 

PSJ-nin və Braziliya millisinin formasını geyinən Neymar 4-cü yerdədir. Onun dəqiqəlik gəliri 32 min dollardır. “5-liy”i Kriştiano Ronaldo bağlayır – 18 min dollar.


Son xəbərlər
topaz banner