"Mən sadəcə qol vurmuşam" - Renat Dadaşov

"Mən sadəcə qol vurmuşam" - Renat Dadaşov
XƏBƏR 13 Yanvar 2022 / 10:54 3077
-  A +

"Tondela"da çıxış edən millimizin futbolçusu Renat Dadaşov Portuqaliya kubokunun 1/4 finalında   "Riu Ave"ni 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib.

Qol.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan 23 yaşlı hücumçu deyib: "Bəli, mən topa ilk toxunuşumda qol vurmağı bacardım. Amma bu, futboldur. Qol vurduğum üçün xoşbəxtəm. Mən sadəcə, qol vurmuşam, biz bir ailəyik və finala çıxmağı arzulayırıq".

Qeyd edək ki,  95-ci dəqiqədə meydana daxil olan Dadaşov cəmi bir dəqiqə sonra komandasının çox vacib qolunu vurub. Bu qol oyunda yeganə olub və "Tondela" yarımfinala vəsiqə qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner