Mbappeni ölümlə təhdid etdilər

Mbappeni ölümlə təhdid etdilər
XƏBƏR 12 Yanvar 2022 / 11:29 2749
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe ölümlə hədələnib.

Qol.az xəbər verir ki, xəstəlikdən əziyyət çəkən Kamille adlı kiçik qız sosial şəbəkə vasitəsilə Mbappeyə səslənərək ondan komandada qalmasını istəyib. İzləyicilər isə Kamillenin statusuna təhqirlər yağdırıb. Mbappe həmin palyaşıma “Kamillem, savaşmağa davam et, hamımıza həyat dərsi verirsən. İnsanlıq əxlaqsızlaşıb”, rəyini yazıb.

Bir qrup quldur dəstəsi bu sözlərdən qəzəblənərək oyunçunun böyüdüyü Parisdəki küçəyə gedərək, onun divardakı şəklinin üzərinə “Mbappe, sən öldün” yazıb.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onun yayda “Real”a keçəcəyi gözlənilir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner