Hava şəraiti Antalyada "Neftçi"yə mane oldu

Hava şəraiti Antalyada "Neftçi"yə mane oldu
XƏBƏR 11 Yanvar 2022 / 16:52 1540
-  A +

“Neftçi”  təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Qol.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki əlverişsiz hava şəraiti səbəbindən ilk məşq trenajor zalında baş tutub və müxtəlif fiziki təmrinlər yerinə yetirilib.

Hazırlıq axşam məşqi ilə davam edəcək.

Qeyd edək ki, "Neftçi" yanvarın 25-dək Antalyada olacaq. Manavqat qəsəbəsindəki oteldə məskunlaşan komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu, yanvarın 24-də isə Bolqarıstanın "MOİK 1948" komandası ilə üz-üzə gələcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner