Neymar “Real”la oyunda meydana çıxacağından əmindir

Neymar “Real”la oyunda meydana çıxacağından əmindir
XƏBƏR 11 Yanvar 2022 / 16:45 1690
-  A +

PSJ-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la oyunda meydana çıxacağından əmindir. 

Qol.az xəbər verir ki, bu barədə “L`Equipe” məlumat yayıb. Klubun icazəsi ilə daha 1 həftə Braziliyada qalan 29 yaşlı hücumçu bazar günü Parisə qayıdıb. O, hər gün evdə fizioterapevt və fitness məşqçiləri ilə işləyir. Neymar “Real”la görüşlərdə meydanda olacağından əmindir. 

Qeyd edək ki, PSJ ilə “Real” arasında ilk matç fevralın 15-i, cavab qarşılaşması isə martın 8-i olacaq. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner