AFFA Kamran Ağayevi milliyə məşqçi gətirir

AFFA Kamran Ağayevi milliyə məşqçi gətirir
XƏBƏR 11 Yanvar 2022 / 14:32 3913
-  A +

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, E.Məmmədov karyerasını başa vuran 36 yaşlı qolkiperə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.

Qeyd edə ki, Kamran Ağayev Azərbaycan yığmasının heyətində 79 oyunda meydanda olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner