"Bavariya" ona 17 milyon avrodan çox maaş verəcək

"Bavariya" ona 17 milyon avrodan çox maaş verəcək
XƏBƏR 11 Yanvar 2022 / 11:27 2244
-  A +

"Bavariya" futbolçusu Kingsli Komanla yeni müqavilə imzalamaq üçün razılığa gəlib. 

Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Tərəflərin 3 illik sözləşmə üçün anlaşdığı bildirilib. Yeni müqaviləyə əsasən, 25 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisində illik 17 milyon avrodan çox maaş alacaq. Komanın hazırkı sözləşməsinin müddəti isə 2023-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Kingsli Koman bu mövsüm 17 matçda 5 qol vurub və 2 qolun ötürməsini verib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner