Bakıda təlim-məşq toplanışına start verən futzal üzrə Azərbaycan millisinin üzvü Vassoura Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, o, yeni kluba keçidini dəyərləndirib və yığmamızın hədəfləri barədə danışıb.
- Bir neçə gün əvvəl “Sportinq Paris” klubu ilə müqavilə imzaladın. Buna qədər hansı komandada çıxış edirdin?
- Ötən ilin martında millinin seçmə mərhələ oyunlarından sonra Braziliyaya döndüm. Orada bir klubla anlaşdım, amma qısamüddətli oldu. Daha sonra “futbol 7*7” turnirinə qatıldım. Braziliya millisinin heyətində dünya çempionu olduq. Ötən həftə isə “Sportinq Paris”lər müqavilə imzaladım. Bilirsiniz ki, millinin digər üzvü Fineo de Arauxo da həmin klubda çıxış edir. Onu da deyim ki, adaptasiya üçün mənə əlavə vaxt lazım deyil. Çünki təcrübəm bunun öhdəsindən asanlıqla gələcəyimə təminat verir. Vassoura meydandadırsa, işinin öhdəsindən gələcək.
- Komandanın məqsədi nədir?
- Bu klub hazırda Fransa çempionatının Birinci Liqasında iştirak edir və liderdir. Məqsədləri üst liqaya vəsiqə qazanmaqdır. Onu da deyim ki, rəqabət böyükdür. Hətta məşhur portuqaliyalı futzalçı Rikardinyo da bu liqada iştirak edir. Mövsümün sonunda çempionluq kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Yaxşı baş məşqçimiz, infrastrukturumuz var.
- Debüt etmək imkanın oldu?
- Yox, oyuna çıxmadım. Amma 3-4 məşqdə iştirak etdim. Cəmi bir həftə əvvəl komandaya qoşulmuşam. Millinin oyunlarından sonra debüt edəcəyəm.
- Gələk milli komandaya. Komanda ilə birgə ilk məşqini keçirdin. Milli final mərhələsinə nə dərəcədə hazırdır?
- Toplanış bir gün öncə başladı. Səhərə yaxın Bakıya çatmışam. Əlbəttə, ilk məşq hər zaman çətin olur. Çalışırıq ki, hər məşqdən maksimum faydalanaq. Vaxtımız çox azdır. Bir həftəyə yaxın Bakıda hazırlıq keçəcəyik. Daha sonra Belçikaya gedəcəyik və orada bir yoldaşlıq matçında gücümüzü sınayacağıq. Həmin görüş rəsmi oyunlara nə dərəcədə hazır olduğumuzu göstərəcək. Yenə deyirəm, qalan vaxt çox azdır. Baş məşqçi Alesionun istəyini yerinə yetirmək üçün 2-3 həftə məşq etmək lazımdır. İndi bizim buna imkanımız yoxdur.
- Final mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?
- Çox çətin qrupda yer almışıq. İspaniya haqda danışmaq artıqdır. Ancaq onlara qarşı da mübarizəmizi aparacağıq. İspanlar futzalda hegemon olsalar da, biz heç bir rəqibdən çəkinmirik. Gürcüstan indi-indi bu cür turnirə qatılır.
- Qrupda “kilid oyun” hansını hesab edirsən?
- İlk oyun çox vacibdir. Gürcüstanla matçda mütləq qələbə qazanmalıyıq. Onların heyətində də yeni futzalçılar var.
- Rəqiblərimizdən Gürcüstanla Bosniya və Herseqovina final mərhələsinin debütantlarındandır…
- Bu cür yarışlarda bizim təcrübəmiz daha çoxdur. Artıq 6-cı dəfə final mərhələsində iştirak edəcəyik. Onlar isə ilk dəfə belə yarışa çıxacaqlar. Təcrübəmiz çox olsa da, bu hər şey demək deyil. Yadınıza gəlirsə, millimiz ən yaxşı nəticəsini məhz debüt ilində qazanmışdı. İnanıram ki, 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq. Nəticəmizi yaxşılaşdıracağıq. Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdır. Özümü buna hazır sayıram.
- Ukrayna ilə oyunları necə, izləmisən?
- Ukrayna Avropanın yaxşı komandalarından biridir. İllərdir bir kollektivdə çıxış edirlər. Bizim isə hazırlaşmaq üçün vaxtımız az oldu. Ölkə xaricində çıxış edən legionerlər cəmi iki gün əvvəl Bakıya gələ bildilər. Bu cür məqamlar həlledici olur. Allahın köməkliyi ilə Niderlanda fiziki, taktiki və texniki baxımdan hazır yollanacağıq.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq