Mahir Emreli "Legiya"nı məhkəməyə verdi

Mahir Emreli "Legiya"nı məhkəməyə verdi
XƏBƏR 10 Yanvar 2022 / 19:10 7236
-  A +

Millimizin futbolçusu Mahir Emreli klubu "Legiya"nı məhkəməyə verib.

Qol.az 24sata.hr saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb. O, eyni zamanda klubu ilə müqaviləsinə xitam verilməsini istəyir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onunla Xorvatiyanın "Dinamo" (Zaqreb), Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klublarının maraqlandığı bildirilir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner