Qazaxıstan Superkuboku ləğv edildi

Qazaxıstan Superkuboku ləğv edildi
XƏBƏR 10 Yanvar 2022 / 11:26 1790
-  A +

 Qazaxıstan Superkuboku matçı ləğv edilib.

Qol.az "Meta-ratings.kz" nəşrinə istinadən xəbər verir ki, ölkədəki siyası vəziyyətə görə belə qərar verilib. Matçın mövsümün gedişində vaxt olacağı təqdirdə keçirilməsinin mümkün olduğu qeyd edilib. Ancaq belə olacağı təqdirdə, yarışda 4 yox, 2 klub mübarizə aparacaq.

Qeyd edək ki, Superkubok oyunları fevralın 24-də Nur-Sultanda başlamalı idi. Yarışda "Tobol", "Astana", "Kayrat" və "Kızıljar" iştirak etməli idi. Ancaq Qazaxıstanda yanvarın 19-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner