"Marsel"dən ayrılır

"Marsel"dən ayrılır
XƏBƏR 8 Yanvar 2022 / 14:50 2469
-  A +

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in oyunçusu Bubakar Kamara komandadan ayrılmağa hazırlaşır. 

Qol.az xəbər verir ki, bu barədə si.com məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə "Çelsi"nin danışıqlar apardığı bildirilib. Xəbərdə o da qeyd olunur ki, Bubakar London təmsilçisindən gələn təklifi qəbul edəcək və tərəflər yaxında müqavilə imzalayacaqlar. "Marsel" də futbolçusu ilə bu qış yolları ayırmağa hazırdır. 

Qeyd edək ki, Bubakar 2016-cı ildən "Marsel"də oynayır. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner