"Eriksen üçün qapılarımız açıqdır" - Konte

"Eriksen üçün qapılarımız açıqdır" - Konte
XƏBƏR 8 Yanvar 2022 / 12:20 2607
-  A +

"Tottenhem"in baş məşqçisi Antonio Konte komandanın sabiq futbolçusu Kristian Eriksen haqqında danışıb. 

Qol.az xəbər verir ki, o, hazırda klubsuz olan 29 yaşlı yarımmüdafiəçi üçün klubun qapılarının hər zaman açıq olduğunu deyib:

"Son vaxtlar Kristianla əlaqəm yoxdur. Onun meydanda məşq etdiyini və topla işlədiyini görmək çox gözəldir. Söhbət çox güclü futbolçudan gedir. Amma daha önəmlisi o, gözəl insandır. Yayda baş verənlər yaxşı deyildi. Eriksenlə işləyənlər və onu tanıyanlar üçün bu, pis oldu. Həmin an mən qorxdum. Onun yenidən meydançaya çıxmağa hazırlaşdığını görmək çox xoşdur, əla xəbərdir. Düşünürəm ki, qapımız hər zaman Kristian üçün açıqdır".

Qeyd edək ki, Eriksenin iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb.  Onun son klubu "İnter" olub və ötən ay A seriyası təmsilçisindən ayrıldığını açıqlayıb. 

Əlavə edək ki, Eriksen 2013-2020-ci illərdə "Tottenhem"də oynayıb. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner