"Marsel" 44 il sonra bunu bacardı

"Marsel" 44 il sonra bunu bacardı
XƏBƏR 8 Yanvar 2022 / 10:50 3248
-  A +

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"üçün Liqa 1-in 20-ci turunda "Bordo" ilə oyun xüsusi olub.

Qol.az xəbər verir ki, komanda rəqibini məğlub etməklə 44 ildən sonra "Bordo" üzərində səfər qələbəsi qazanıb. Beləliklə, "Marsel" 1977-ci ilin oktyabrından sonra ilk dəfə şəxsi qarşılaşmalarda "Bordo"nun öz meydanında 36 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub.

Qeyd edək ki, bu qələbə sayəsində "Marsel" 36 xalla 2-ci pilləyə yüksələrək, lider PSJ ilə xal fərqini 10-a endirib. "Bordo" isə 17 xalla 17-ci yerdədir.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner